“Qalatasaray” yeni transferini açıqladı

“Qalatasaray Daikin” qadın voleybol komandası ,1999-cu il təvəllüdlü serbiyalı oyunçu Katerina Lazoviçlə mövsümün sonuna kimi müqavilə imzalayıb.


Sportline.az xəbər verir ki,182 sm boyu olan voleybolçu “Çinin Beijing BAİC Motor” komandasından heyətə cəlb olunub.
Karyerasına 2014-cü ildə “Vizura Ruma”da başlayan Katerina daha sonra LKC “Commercecon Lodz”, “Vero Volley Monza” , “Beijing BAİC Motor” və “Çukurova Belediyesi Spor Kulübü” komandalarında çıxış edib.


Qeyd edək ki,Katerina bugün komandası ilə ilk məşqinə çıxıb.