"Barselona"dan "Ayaks"a
“Barselona”nın müdafiəçisi Jofre Torrents karyerasını Niderlandda davam etdirəcək.
Sportline.az xəbər verir ki, 19 yaşlı futbolçu “Ayaks”a transfer olunub.
Amsterdam təmsilçisi Torrentslə 2030-cu ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb.
“De Telegraaf”ın məlumatına görə, bonuslar da nəzərə alınmaqla transferin ümumi məbləği 6 milyon avro təşkil edəcək.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Jofre Torrents 2025/26 mövsümündə La Liqada 3 oyunda meydana çıxıb.