"Qalatasaray" "Zenit"ə "yox" dedi

"Qalatasaray" Rusiya "Zenit"inin Abdulkərim Bardakçı ilə bağlı təklifini müsbət cavablandırmayıb.

Sportline.az "Sabah"a istinadən xəbər verir ki, Sankt-Peterburq klubu istanbullulardan ayrılacağı gözlənilən futbolçu üçün 5 milyon avro ödəməyə hazır olduğunu bildirsə də, nə klub, nə də ki, futbolçu bununla razılaşmayıb. 

Qeyd edək ki, Bardakçı ötən il "Konyaspor"dan "Qalatasaray"a 2,8 milyon avroya transfer olunmuşdu. 

28 yaşlı müdafiəçi meydana çıxdığı 33 oyunda 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.