“Qalatasaray”a şad xəbər
"Liverpul"la qarşılaşmada zədələnən və martın 24-də qolundan əməliyyat olunan "Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimhendən xəbər var.
Sportline.az xəbər verir ki, həkimlər 26 yaşlı futbolçunun səhhətinin yaxşı olduğunu açıqlayıb.
Osimhen "Gənclərbirliyi" ilə keçiriləcək matçda meydanda olacağı bildirilir.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray" forması ilə 29 oyuna çıxıb.
O, rəqib qapılardan 19 top keçirib və 10 qolun ötürməsini verib.