"Qalatasaray"da ayrılıq

"Qalatasaray"da ayrılıq yaşanıb.

Sportline.az xəbər verir ki, klubun müdafiəçisi Emre Taşdemir komandası ilə vidalaşıb.

O, bu barədə sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, 2022-ci ildən "Qalatasaray" forması geyinən Taşdemir bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.