"Qalatasaray"ın ulduz futbolçusu komandadan imtina edib

"Fatih Karagümrük"lə oyundan sonra mətbuat konfransında açıqlama verən "Qalatasaray"ın baş məşqçisi Okan Buruk Bafetimi Qomisin artıq “sarı qırmızı” formanı geyinmək istəmədiyini deyib.

Sportline.az "Fanatik"ə istinadla xəbər verir ki, mütəxəssis buna Mauro İkardi - Barış Alper əvəzetməsinin səbəb olduğunu bildirib.

Qomis, İkardi ilə onu əvəz etmək yerinə Barışı seçdiyi üçün Okan Buruka artıq komandada qalmaq istəmədiyini deyib.