"Qalatasaray"dan yeni transfer

“Qalatasaray” klubu daha bir futbolçunun transferini reallaşdırıb.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi “Jirona”nın yarımmüdafiəçisi Yaser Asprilla ilə anlaşma əldə edib.

Kolumbiyalı futbolçu “Qalatasaray”a keçməyə razılıq verib və müqavilə imzalamaq üçün artıq Türkiyəyə yola düşüb.

Asprillanın “Jirona” ilə hazırkı müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir. Kolumbiya millisinin üzvü daha əvvəl “Envigado” və “Uotford” klublarında çıxış etdikdən sonra İspaniya təmsilçisinə transfer olunmuşdu. Futbolçunun “Qalatasaray”la bağlayacağı müqavilənin detalları isə hələlik açıqlanmayıb.