"Qalatasaray"ın futbolçusu "Arsenal" yolunda
İngiltərə Premyer Liqasında çempionluğu sona doğru əldən buraxan “Arsenal” yeni mövsümdə komandasını gücləndirmək niyyətindədir.
Sportline.az GOAL.com-a istinadla xəbər verir ki, London təmsilçisi bu məqsədlə "Qalatasaray"a üz tutub.
“Sarı-qırmızı”lı komandanın formasını geyinən Saşa Boeyin transferini gerçəkləştirmək istəyən “topçular” istanbullulara 20 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.
“Qalatasaray” isə bu transferdə əngəl olmayacağını bildirib.