"Qalatasaray"ın sabiq oyunçusu Liqa 1-də həftənin rəmzi heyətinə seçilib
Fransa Liqa 1-də 5-ci həftənin rəmzi 11-liyi açıqlanıb.
Sportline.az xəbər verir ki, "Nitsa"nın futbolçusu Tanquy Ndombele heyətdə öz yerini alıb.
"Nitsa"nın "Sent-Etyen"i 8-0 hesabı ilə məğlub etdiyi görüşdə 27 yaşlı futbolçu 1 qolla yadda qalıb.
Fransalı futbolçu 3-cü turun da rəmzi heyətinə seçilmişdi.
Qeyd edək ki, yayda "Qalatasaray"dan ayrılaraq "Nitsa"ya transfer olunan Ndombele Fransa klubu ilə çıxdığı 5 oyunda 2 qol vurub, 1 asist edib.