"Qalatasaray"ın yeni hədəfi

"Qalatasaray"ın yarımmüdafiəni gücləndirmək üçün yeni hədəfi məlum olub.

Sportline.az Aspor.com.tr-ə istinadla xəbər verir ki, "Cim-Bom" Mixael Folorunşo ilə maraqlanır.

İtaliyalı futbolçu 2019-cu ildən "Napoli"nin şərəfini qoruyur.

Futbolçunun transferini Okan Burukun istədiyi bildirilir.

Qeyd edək ki, Folorunşo karyerası ərzində 265 oyunda 38 qol 17 məhsuldar ötürmə ilə yadda qalıb.