"Qalatasaray"lı futbolçu komandada qaldı
“Qalatasaray” futbolçusu Emre Akbaba ilə müqaviləni yeniləyib.
Sportline.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə imzalanan yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Akbaba 2018-ci ilin yayından “Qalatasaray”da çıxış edir.