“Qalatasaray” məğlub oldu

Baskebol üzrə Çempionlar Liqasının 2-ci turunun matçlarına start verilib

Sportline.az xəbər verir ki, D qrupu çərçivəsində keçirilən oyunda “Qalatasaray” öz meydanında Çexiyanın “Nyumburk” komandasına 75:87 hesabı ilə məğlub olub.

Matçın ən məhsuldar basketbolçusu “Qalatasaray”ın oyunçusu Ceyms Palmer olub - 19 xal 3 ribaund 5 asist

“Nyumburk” komandasının ən məhsuldar oyunçusu isə Kristiyan Bişop olub - 15 xal 3 ribaund 4 asist.

Qeyd edək ki, “Qalatasaray” D qrupunda 2-ciyerdədir. “Nyumburk” komandası isə qrupa başçılıq edir.