Qara Qarayevə ağır itki
U-21 millisinin məşqçisi Qara Qarayevə ağır itki üz verib.
QOL.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun atası Elxan Qarayev vəfat edib.
Məlumata görə, o, müalicə aldığı Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib.
Qeyd edək ki, hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi vəzifəsini icra edən Qara Qarayev uzun illər “Qarabağ”da oynayıb, həmçinin karyerası ərzində “Neftçi” və "Araz-Naçıvan"ın da formasını geyinib.