"Qara qartal"dan çətin qələbə

Türkiyə Superliqasında 24-cü turun daha 2 oyunu keçirilib.

Sportline.az xəbər verir ki, "Beşiktaş" doğma meydanda "Ankaragücü"nə 2:1 hesabıilə qalib gəlib. Millimizin üzvü Mahir Emrelinin transfer olunduğu "Konyaspor" isə evdə "Giresunspor"la qolsuz bərabərə qalıb.

Qeyd edək ki, turnir cədvəlinə 54 xalla (22 oyun) "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 51 xalla (23 oyun) 2-ci, "Beşiktaş" 43 xalla (23 oyun) 3-cüdür.

5 mart

"Beşiktaş" – "Ankaragücü" - 2:1
Qollar: 
Uçan, 40 (1:0), Sou, 53 (1:1),  Abubakar, 55 (2:1)

"Konyaspor" – "Giresunspor"- 0:0