"Qarabağ-2" Zaqataladan qələbə ilə döndü

Azərbaycan I Divizionunda XXIII turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Qarabağ-2" səfərdə "Zaqatala"nın qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 37-yə yüksəldən "Qarabağ-2" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 27 xal toplayan "Zaqatala" isə 9-cu yerdədir.

"Zaqatala" – "Qarabağ-2"  1:2
Qollar: 
Roini İsmayılov, 18 – Mehdi Tahirov, 15. Seyxan Fərəcov, 35