"Qarabağ" autsayder üzərində inamlı qələbə qazanıb
Həftəsonu qadın həndbolçuların ölkə çempionatında 10-cu tura yekun vurulub.
Sportline.az xəbər verir ki, “Qarabağ” –“Gənclərbirliyi” matçında nominal meydança sahibi çempionatın aşkar autsayderini növbəti məğlubiyyətlə barışdırıb – 37:19.
Baş mükafata əsas namizədlərdən sayılan “Azərsu” isə, “İdman Akademiyası” ilə oyunda inamlı qələbə qazanıb. “Tələbələr” çox çalışsalar da, güclü rəqibin kəsərli həmlələrini dəf etməkdə çətinlik çəkiblər. Görüş 37:15 hesabı ilə “Azərsu”nun xeyrinə nəticələnib.
10 oyundan hərəyə 18 xal toplayan “Azəryol” və “Azərsu” komandaları çempionatın şərikli liderləridir. “Qarabağ” 12 xalla 3-cü pillədə qərarlaşıb. 4-cü pillənin sahibi Tbilisi “Olimpiya”sının aktivində 7 xal var. “İdman Akademiyası” 5 xalla 5-ci yerdədir. Autsayder “Gənclər Birliyi” isə hələ də xal üzünə həsrətdir.
Bu turdan sonra Azərbaycan çempionatında qısa fasilə yaranacaq. Yarışın 3-cü dövrəsinə yanvarın 24-də start veriləcək.