"Qarabağ" "Ayaks"a, "Neftçi" "Yuventus"a qarşı
Aprelin 6-dan 9-dək Türkiyənin İzmir şəhərində keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində “Qarabağ” və "Neftçi"nin U-12 komandaları da iştirak edəcək.
Sportline.az xəbər verir ki, hər iki klubun mətbuat xidməti turnirdəki rəqiblərin adlarını açıqlayıb.
Elşad Xudadatovun baş məşqçisi olduğu "Qarabağ"ın U-12 komandası “Ayaks” (Niderland), “Başakşəhər” (Türkiyə), “Bursaspor” (Türkiyə), “Ayntraxt” (Almaniya), “Portu” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Manisa” (Türkiyə) və “Altınordu” (Türkiyə) klubları ilə birlikdə E qrupunda qərarlaşıb.
Vaqif Əliyevin çalışdırdığı "Neftçi"nin U-12 komandası isə H qrupunda Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Belçikanın “Vesterlo” və Rusiyanın “Zenit” klubları ilə mübarizə aparacaq.