"Qarabağ" azarkeşləri aprel şəhidlərini andı
"Qarabağ" azarkeşləri "Düdelanj"la (Lüksemburq) Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə aprel döyüşlərində dünyasını dəyişən şəhidləri anıblar.
SportLine.az Qol.az saytına istinadən xəbər verir ki, onlar bu gün 44 yaşı tamamlanan şəhid polkovnik Raquf Orucovun rəngli şəkli olan böyük plakat nümayiş etdiriblər.
Azarkeşlər "Şəhidlər ölməz, vətən bölünməz" şüarları da səsləndiriblər.