"Qarabağ" azarkeşlərinə "yaşıl işıq"
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə Fransadakı oyununu stadiondan izləmək istəyən bütün azarkeşləri bilet əldə edə biləcək.
Sportline.az xəbər verir ki, bunu klubun mətbuat ximətinin rəhbəri Gündüz Abbaszadə açıqlayıb. O bildirib ki, Ağdam təmsilçisinə bilet satışında heç bir məhdudiyyət qoyulmayıb və qarşılaşmaya gəlmək istəyən bütün azarkeşlər “Velodrom” stadionunda “Qarabağ” üçün ayrılmış xüsusi kassadan bilet ala bilərlər.
Qeyd edək ki, “Marsel” – “Qarabağ” görüşü bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.