"Qarabağ" - "Azərsu" matçında gərgin mübarizə
Qadın həndbolçuların Azərbaycan çempionatında 17-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, mərkəzi oyunda "Qarabağ" və "Azərsu" komandalarının görüşü maraqla gözlənilirdi. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada "Qarabağ" minimal fərqlə rəqibini üstələyib - 30:29. Turun digər oyunlarında isə, imkanları daha yüksək qiymətləndirilən komandalar etimadı doğruldublar. "Azəryol" "Gənclərbirliyi"nə 31:20, "Nur" isə, "İdman Akademiyası"na 38:16 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qadın həndbolçuların ölkə çempionatında 18-ci tura aprelin 12-də start veriləcək. Açılış matçında "Nur" "Qarabağ"la qarşılaşacaq. Aprelin 14-də isə, "Azərsu" "Gənclərbirliyi"ni, "Azəryol" "İdman Akademiyası"nı sınağa çəkəcək.