"Qarabağ" "Şkupi" ilə heç-heçə edib "Mariupol"a uduzdu

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi Makedoniyanın "Şkupi" və Ukraynanın "Mariupol" kollektivi ilə münasibətləri aydınlaşdıracaq. 

İlk qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da, ikinci görüş isə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, ilk sınaq matçında "Kuban"la 2:2, digər görüşdə "Lexiya" (Polşa) ilə 1:1  hesablı heç-heçə edən "Qarabağ"  yanvarın 29-da "Sarayevo" (Bosniya və Herseqovina), fevralın 3-də isə "Mladost"la (Monteneqro) üz-üzə gələcək.


25 yanvar 2018
Yoldaşlıq görüşləri

"Qarabağ" (Azərbaycan) - "Şkupi" (Makedoniya) - 0:0

"Qarabağ"  (Azərbaycan) - "Mariupol" (Ukrayna) - 2:3