"Qarabağ" bir məşqlə kifayətləndi
"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.
SportLine.az klubun saytına istinadən xəbər verir ki, komanda günü tək məşqlə başa vurub. Yerli vaxtla 10:30-da başlayan hazırlıq iki mərhələdən ibarət olub. İlk olaraq fitness zalında çalışmalara başlayan futbolçular məşqi toplu çalışmalarla başa vurub.
Qeyd edək ki, milli komandaya dəvət alan futbolçular yığmanın düşərgəsinə yollanıb.