"Qarabağ" bu gün yola düşür
UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda “Bazel”lə qarşılaşacaq “Qarabağ” bu gün İsveçrəyə yollanacaq.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisini Bazel şəhərinə aparacaq təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Qeyd edək ki, dekabrın 9-u keçiriləcək "Bazel" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.