"Qarabağ" favorit üzərində qələbə qazanıb
Qadın həndbolçuların Azərbaycan çempionatında ikinci turun oyunları arxada qalıb.
Sportline.az xəbər verir ki, ABU Arenada keçirilən yarışın növbəti günündə, meydana əvvəlcə “Qarabağ” və “Azəryol” komandaları çıxıblar. Gözlənildiyi kimi gərgin idman mübarizəsi ilə yadda qalan oyunda, son ölkə çempionunun qələbəsinə inananlar yanılıblar. Qapılara 51 qolun vurulduğu görüşdən “Qarabağ” qalib ayrılıb – 27:24.
Günün ikinci qarşılaşmasında “Azərsu” “Idman Akademiyası” komandası ilə üz-üzə gəlib. Oyunun əvvəlindən təşəbbüsə yiyələnən “Azərsu”, rəqibi çətinlik çəkmədəm məğlubiyyətə uğradıb – 37:24.
Oktyabrın 23-də keçiriləcək 3-cü turun oyunlarında “Qarabağ” “Azərsu” ilə, “Azəryol” isə, “İdman Akademiyası” ilə qarşılaşacaq.
Kişi həndbolçuların ölkə çempionatında isə, ikinci turun görüşləri oktyabrın 19-da olacaq. Həmin gün “Məhsul” “Bakı” ilə, U-18 “Təhsil” ilə üz-üzə gələcək.