“Qarabağ” “Keşlə” ilə oyuna tam heyətlə hazırlaşa bilmir
"Qarabağ" Azərbaycan Premyer Liqasının 11-c turunda "Keşlə" ilə keçiriləcək oyunun hazırlığını davam etdirir.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün növbəti məşqinə çıxıb. lMili komandanın düşərgəsindən qayıdan bəzi futbolçular məşqdə iştirak etməyiblər.
Qeyd edək ki, noyabrın 19-da keçiriləcək "Qarabağ" - "Keşlə" matçı saat 19:00-da başlayacaq.