"Qarabağ" - "Kopenhagen" görüşü 4-cü yerdə

UEFA Çempionlar Liqasının "pley-off" mərhələsində keçirilən ilk oyunlardan sonra azarkeşlərlə bağlı statistik göstəricilər açıqlanıb. SportLine.az xəbər verir ki, iki gün ərzində oynanılan 10 matçı ümumilikdə 289 min 423 azarkeş stadiondan izləyib.

Rekord göstərici "Seltik" - "Astana" duelinə məxsusdur. Bu oyuna 54 min 16 tamaşaçı canlı baxıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ" - "Kopenhagen" matçı isə göstəricidə 4-cüdür. Bu görüşü 31 min 250 futbolsevərlər stadiondan izləyib.

54016 - “Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan) – 5:0

49324 - “Napoli” (İtaliya) - “Nitsa” (Fransa) – 2:0

46678 - “Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya) – 0:0

31250 - “Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) – 1:0

25568 - “Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə) – 1:2

21352 - “Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya) – 2:1

20003 - “Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya) – 0:1

15265 - “Hapoel” (Beyer-Şeva, İsrail) - “Maribor” (Slovaniya) – 2:1

13073 - APOEL (Kipr) - “Slaviya” (Çexiya) – 2:0

12894 - “Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya) – 1:2