"Qarabağ" meydana hərbi geyimdə çıxdı
Azərbaycan Premyer Liqasının "Keşlə" - "Qarabağ" oyununun startında diqqət çəkən anlar yaşanıb.
Sportline.az xəbər verir ki, görüş 27 sentyabr Vətən müharibəsinin başlanması və bununla bağlı anım günü ərəfəsinə təsadüf etdiyinə görə Ağdam təmsilçisi meydana hərbi geyim çalarlarının özündə əks etdirən formada çıxıb.
Daha sonra komanda üzvləri həmin köynəkləri azarkeşlərə bağışlayıblar.
Oyun şəhidlərin əziz xatirəsini yad etmək məqsədilə 1 dəqiqəlik sükutdan sonra başlanıb.