"Qarabağ" - "Neftçi" oyununun vaxtı açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli məlum olub.
Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 30-da “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 18:30-da başlanacaq.
30 oktyabr (şənbə)
16:00. “Zirə” – “Keşlə”
Zirə İdman Kompleksinin stadionu
18:30. “Qarabağ” – “Neftçi”
“Azersun Arena”
31 oktyabr (bazar)
16:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu
18:15. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”
Qeyd edək ki, VIII turun oyunları 23 - 25 oktyabrda keçiriləcək.