"Qarabağ" - "Nyukasl" oyununa biletlər tükənir

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - “Nyukasl" oyununa satılan biletlərin sayı açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, artıq qarşılaşma üçün 27 min 500 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 10, 15, 25, 35, 40, 50, 75 manat təşkil edir.

Qeyd edək ki, fevralın 18-də keçiriləcək “Qarabağ” - “Nyukasl” oyunu saat 21:45-də başlanacaq.