"Qarabağ" - "Olimpiakos": HEYƏTLƏR
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda üz-üzə gələcək "Qarabağ" və Yunanıstan "Olimpiakos"unun start heyətləri açıqlanıb.
Sportline.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
"Olimpiakos": 91. Aleksandros Pasxalakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 8. Pyer Kunde, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 18. Hvan İy Co, 21. Pep Biel, 45. Oleq Ryabçuk, 47. Abubakar Kamara, 74. Andreas-Rixardos Ntoi,
Baş məşqçi: Miçel Qonsales
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.