"Qarabağ" "Omoniya" ilə heç-heçə etdi

Bu gün Konfrans Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda Kiprin “Omoniya” klubunu qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb.

Qrupun digər görüşündə isə İsveçrə “Bazel”i Qazaxıstan səfərində “Kayrat”la qarşılaşıb. Matç "Bazel"in 3:2 hesablı qələbəsi ilə başa çatıb və İsveçrə klubu 11 xalla qrup lideri olub. "Qarabağ" isə eyni xalla 2-cidir. 

Bu isə o deməkdir ki, kimin 1/8 finala, kimin pley-offa gedəcəyi son turda bəlli olacaq. Qrupun sonuncu - 6-cı turunda "Qarabağ" məhz "Bazel"lə səfərdə qarşılaşcaq. Ağdam təmsilçisi 1/8 finala birbaşa yüksəlmək üçün səfər matçında mütləq qalib gəlməlidir.

Qeyd edək ki, qrup lideri olan komanda birbaşa 1/8 finala yüksələcək. Qrupda 2-ci yeri tutan komanda isə Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq. 

 

25 noyabr

Avropa Konfrans Liqası

Qrup mərhələsi, 5-ci tur

21:45. “Qarabağ” (Azərbaycan) – “Omoniya” (Kipr) - 2:2 

Qollar: Dyuriç, 43-pen.(0:1), Psaltis, 49-avtoqol (1:1), Andrade, 88 (2:1), Qomez, 90 (2:2)

Qırmızı vərəqə: Kiko, 66 ("Omoniya")
Baş hakim: Morten Krox (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu

19:30. "Kayrat" (Qazaxıstan) - "Bazel" (İsveçrə) - 2:3 

Qollar: Vaqner Lav, 23 (1:0), Kabral, 45-pen. (1:1), Hovhannisyan, 56 (2:1), Zeqrova, 69 (2:2), Kasami, 73 (2:3)

 

1

Bazel

5

3

2

0

11

6

11

2

Qarabağ

5

3

2

0

10

5

11

3

Omoniya

5

0

3

2

5

10

3

4

Kayrat

5

0

1

4

6

11

1