"Qarabağ" - "Qalatasaray" görüşünün hakimi bilindi
Xeyriyyə məqsədi ilə keçiriləcək “Qarabağ” - “Qalatasaray” oyununun hakimi müəyyənləşib.
Sportline.az xəbər verir ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüşü Əliyar Ağayev idarə edəcək.
Qeyd edək ki, Bakı "Olimpiya" stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.
Bilet satışından əldə olunacaq gəlir Türkiyədəki zəlzələdən əziyyət çəkənlərin yardım fonduna köçürüləcək.