"Qarabağ" - "Qalatasaray" matçına nə qədər bilet satılıb?

"Qarabağ" - "Qalatasaray" xeyriyyə matçına biletlər tükənmək üzrədir.

"Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadənin Sportline.az-a verdiyi məlumata görə, bu saatadək 55 mindən çox bilet satılıb.

Qeyd edək ki, qardaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Oyunun start fiti martın 26-sı saat 20:00-da "Bakı Olimpiya Stadionu"nda səslənəcək.