"Qarabağ" - "Qalatasaray" matçını bu kanal yayımlayacaq

"Qarabağ" - "Qalatasaray" xeyriyyə matçını yayımlayacaq kanal müəyyənləşib.

Sprotline.az saytının əldə etdiyi məlumata görə, bu görüşü "CBC Sport" telekanalı yayımlayacaq.

"Qarabağ" klubu ilə telekanal arasındakı danışıqlar müsbət nəticə verib. Telekanal tərəfindən bunun üçün müəyyən məbləğ ödəniləcək. Həmin gəlir biletlərdən əldə olunan məbləğ kimi zəlzələdən əziyyət çəkənlər üçün fonda ödəniləcək. 

Qeyd edək ki, "Qarabağ" klubu bilet satışı və telekanalla razılığa əsasən əldə olunan gəlirdən əlavə, bu oyundan əldə olunan bütün məbləği zəlzələdən əziyyət çəkənlər üçün yaradılan fonda köçürəcək.