"Qarabağ" - "Qalatasaray" matçının şərhçisi müəyyənləşdi

"Qarabağ" - "Qalatasaray" matçının şərhçisi müəyyənləşib.

Sportline.az saytının əldə etdiyi məlumata görə, oyunu təcrübəli şərhçi, "CBC Sport" telekanalının əməkdaşı Pərviz Musayev şərh edəcək.

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" xeyriyyə matçı martın 26-da saat 20:00-da başlanacaq. Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.