"Qarabağ" "Qalatasaray"la oyun üçün heç bir kluba müraciət etməyib

"Qarabağ" "Qalatasaray"la xeyriyyə matçında milli komandaların oyunları ilə əlaqədar heyətlə bağlı problem yaşaya bilər.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionunun boşluqları doldurmaq üçün digər komandalara müraciət etməsi gözlənilir.

Baş məşqçi Qurban Qurbanov məsələ ilə bağlı son açıqlamasında bunları deyib: "Hələlik oyunçularla bağlı heç bir kluba rəsmi müraciət ünvanlanmamışıq. Çünki hesablamalarımıza görə əlimizdə 12 futbolçu qalmalıdır. Oyuna 2-3 gün qalmış digər komandalara müraciət edə bilərik. Yassin Benzia və Adama Diakabinin hazırlığı həmin vaxtadək tam bəlli olacaq. Martın 19-na kimi komandaya istirahət verdim. Hər iki oyunçu fasilədən sonra kollektivlə birgə məşq etməlidir. Amma müdafiə xəttində çatışmazlıqlarımız olacaq. Çünki əlimizdə yalnız Rahil Məmmədov, Maksim Medvedev və Kevin Medina qalacaq. Zədəli Bədavi Hüseynovun durumu bəlli deyil. Maksimin qızdırması var, ona görə bu gün ehtiyatda da deyildi. Qarşıdakı hazırlıq prosesindən çox şey asılı olacaq. Digər mövqelər üçün də klublardan futbolçular istəyə bilərik".

Banner