"Qarabağ" - "Roma" görüşünün biletləri satışa çıxarılır

Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ" - "Roma" görüşünün biletləri bu gün saat 17:00-dan satışa çıxarılır. Sportline.az klubun Faceebook səhifəsinə istinadən xəbər verir ki, biletləri iTicket.az saytından, eləcə də aşağıdakı ünvanlardan əldə etmək olar:

Asan Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).

Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

Biletlərin qiymətləri:

VIP - 50 AZN
Kateqoriya 1 - 20 AZN
Kateqoriya 2 - 10 AZN
Kateqoriya 3 - 5 AZN
Kateqoriya 4 - 2 AZN

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da başlayacaq.