"Qarabağ" "Sabah"ı məğlub etdi, "Neftçi" xal itirdi

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub. 

Sportline.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. 

"Qarabağ" isə səfərdə "Sabah"la üz-üzə gəlib və 2:1 hesabı ilə qələbə qazanıb. Bununla da çempionatda birinci dövrəyə yekun vurulub.

17 oktyabr (bazar)

16:30. “Sumqayıt” – “Neftçi” 1:1
Qollar: Murad Xaçayev, 50 (1:0), Sabir Buqrin, 54 (1:1)

“Kapital Bank Arena”

18:45. “Sabah” – “Qarabağ” 1:2

Qollar: Filip Ozobiç, 44 (0:1), Abdullah Zubir, 51 (0:2), Aleksey İsayev, 65 (1:2)

Qırmızı vərəqə: Xulio Sezar Rodriqes
“Bank Respublika Arena”

16 oktyabr

17:00. “Qəbələ” – “Zirə” - 1:1 
 
15:00. “Səbail” – “Keşlə” - 1:2