"Qarabağ" "Sabah"la oyuna hazırlaşır

"Qarabağ" Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"la keçiriləcək oyunun hazırlığını davam etdirir.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün klubun bazasında növbətini məşqinə çıxıb.

Qeyd edək ki, dekabrın 4-də "Azərsun Arena"da keçiriləcək görüş saat 18:15-də başlayacaq.