"Qarabağ" məğlub oldu
Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama görüşünə çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Bosniya və Herseqovinanın "Sarayevo" kollektivi olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlanacaq.
Qeyd edək ki, "köhlən atlar" bunadək keçirdiyi görüşlərdə bu nəticələrə imza atıblar:
"Qarabağ" - "Kuban" (Rusiya) - 2:2
"Qarabağ" - "Lexiya" (Polşa) - 1:1
"Qarabağ" - "Şkupi" (Makedoniya) - 0:0
"Qarabağ" - "Mariupol" (Ukrayna) - 2:3
29 yanvar 2018
Yoldaşlıq görüşü
"Qarabağ" - "Sarayevo" (Bosniya və Herseqovina) - 0:2