"Qarabağ"dan gözlənilməz məğlubiyyət

Bu gün  Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

Sportline.az xəbər verir ki, sonuncu oyun günündə 1 matç keçirilib. "Qarabağ" "Səbail"in qonağı olub. "ASCO Arena"da oynanılan matçda Ağdam təmsilçisi gözlənilmədən uduzub - 1:3. Bununla  da "Qarabağ"ın  bu mövsüm 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Azərbaycan Premyer Liqası, 8-ci tur

19:00. “Səbail” – “Qarabağ” - 3:1 

Qollar: Nikolas Raysel, 32 (1:0), Mirsahib Abbasov, 42 (2:0) , Kadi Borqes, 65 (2:1), Turan Manafov, 90+1 (3:1)
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Namiq Bəkirov
“ASCO Arena”

24 oktyabr (bazar)

16:00. “Keşlə” – “Qəbələ” - 2:3 

23 oktyabr (şənbə)

“Neftçi” – “Zirə” - 2:1

“Sabah” – “Sumqayıt” - 3:0