"Zirə" "Sabah"a uduzdu, "Qarabağ"dan "Sumqayıt"a 6 qol
Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək.
Sportline.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış oyunu Sumqayıtda olacaq. Samir Abasovun rəhbərlik etdiyi yerli komanda burada lider "Qarabağ"la üz-üzə gələcək.
Günün digər matçında turnir cədvəlinin ikincisi "Sabah" səfərdə "Zirə"nin qonağı olacaq.
Azərbaycan Premyer Liqası
XXVII tur
18:00. “Sumqayıt” – “Qarabağ” 0:6
Qollar: Leandro Andrade, 7, Musa Qurbanlı, 13, Abdullah Zubir, 21, Musa Qurbanlı, 45+3, Lenadro Andrade, 49, Reysin Cica, 87
“Kapital Bank Arena”
Əvvəlki oyunlar - 1:3, 0:2
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
20:30.“Zirə” – “Sabah” 0-2
Qol: Davit Volkov, 52, Coy Lens Mikels, 62
Zirə İdman Kompleksinin stadionu
Əvvəlki oyunlar - 0:1, 1:3
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vusal Məmmədov, Səbuhi Bayramov