"Qarabağ" "Sumqayıt"ı məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Sportline.az xəbər verir ki, son oyun günündə “Qarabağ” doğma meydanda “Sumqayıt”la qarşılaşıb və 2 cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, turun digər oyunlarında “Qəbələ” “Səbail”ə 5:0, “Neftçi” “Keşlə”yə 3:0 hesabıyla qalib gəlib. “Zirə” - “Sabah” oyununda isə qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan Premyer Liqası

4-cü tur

20 sentyabr

“Qarabağ” – “Sumqayıt” 2:0

Qollar: Filip Ozobiç, 42-penalti, 90+5

Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Fərid Hacıyev.

Bakı. “Azersun Arena”, 19:00.