"Qarabağ" toplanışa davam edir
"Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
SportLine.az klubun saytına istinadən xəbər verir ki, komanda toplanışın 20-ci gününü tək məşqlə başa vurub. Yerli vaxtla saat 17:30-da başlayan hazırlıq təxminən 90 dəqiqə davam edib və toplu çalışmalara üstünlük verilib.
Milli komandalarda olan futbolçular hazırlıqda iştirak etməyib.