"Qarabağ" turu qələbə ilə başa vurdu
Qadın həndbolçuların Azərbaycan çempionatında 15-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun günündə "Gənclərbirliyi" ilə qarşılaşan "Qarabağ" 38-29 hesabı ilə qalib gəlib. Xatırladaq ki, turun ilk görüşlərində "Azərsu" - "İdman Akademiyası"nı məğlub edib - 24:16. Mərkəzi qarşılaşmada isə, "Nur" "Azəryol" üzərində qələbə qazanıb - 29:28.
Ölkə çempionatının 16-cı turu martın 30-da Mingəçevirdə start götürəcək. "Kür" Olimpiya İdman Mərkəzinin arenasında, yerli "Nur" "Azərsu" ilə qarşılaşacaq. "İdman Akademiyası" - "Gənclərbirliyi" və "Azəryol" - "Qarabağ" görüşləri isə aprelin ilk gününə təyin olunub.