"Qarabağ" UEFA-ya şikayət etdi

UEFA Konfrans Liqasının “Olimpik Marsel” - “Qarabağ” matçında ermənilər təxribat xarakterli addım atıblar.

Sportline.az xəbər verir ki, oyunun gedişində stadionda bir qrup azarkeş tərəfindən erməni bayraqları və təxribatçı plakatlar açılıb.

"Qarabağ" məsələ ilə bağlı UEFA-ya etirazını bildirib. Klubun mətbuat katibi Gündüz Abbaszadənin sözlərinə görə, oyun ərzində və oyundan sonra UEFA nümayəndəsinə şifahi etiraz bildirilib. Təxribat cəhdləri ilə bağlı quruma şikayət yazılı şəkildə də ünvanlanacaq.  

Qeyd edək ki, Marsel ermənilərin sıx məskunlaşdığı şəhərdir. Bunu nəzərə alan "Qarabağ" oyundan öncə mümkün erməni təxribatı məsələsi ilə bağlı UEFA-ya və "Marsel" klubuna müraciət edib. UEFA təhlükəsizliklə bağlı əlavə daha bir nəfər məsul şəxs ayırıb.