"Qarabağ" yeni mövsüm üçün ilk transferi rəsmiləşdirdi
"Qarabağ" 2024/2025 mövsümü üçün ilk transferini reallaşdırıb.
Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Ağdam təmsilçisi heyətini qapıçı Fabiyan Buntiçlə gücləndirib.
Almaniya vətəndaşlığına malik xorvatiyalı qolkiperlə üç illik müqavilə imzalanıb. O, 2027-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.
27 yaşlı qapıçının son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
Qeyd edək ki, F. Butniç Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış edib.