"Qarabağ" yeni transfer edəcək

“Qarabağ” Kiprin “AEK Larnaka” klubundan Jeremi Qnalini heyətinə qatmağa yaxındır. 

Sportline.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"la baş tutan matçdan sonrakı mətbuat konfransında məlumat verib.

Təcrübəli mütəxəssis 23 yaşlı fransalı cinah müdafiəçisinin Bakıya gəlməsini gözlədiklərini təsdiq edib:

"Oyunçu ilə bağlı belə bir məsələ var, Bakıya gəlməlidir. Rəhbərliklə danışmalıyıq ki, danışıqlar hansı səviyyədə qalıb".