"Qarabağ" yeni transferini təqdim etdi
“Qarabağ” millimizin hücumçusu Rüstəm Əhmədzadənin transferini açıqlayıb.
Sportline.az xəbər verir ki, Ağdam klubu bununla bağlı “Facebook” səhifəsində paylaşım edib.
21 yaşlı hücumçu “köhlən atlar”ın heyətində 97 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rüstəm Əhmədzadənin son klubu Ukrayna "Minay"ı olub.