"Qarabağ"a görə matçın vaxtı dəyişdi
“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya”nın Kipr çempionatındakı matçının saatı dəyişdirilib.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 26-da Nikosiyada “Pafos”a qarşı keçiriləcək görüş öncədən nəzərdə tutulduğu kimi, 21:00-da yox, 19:00-da başlayacaq.
"Pafos”la oyundan sonra “Omoniya” “Qarabağ”la qarşılaşmanın hazırlığına başlayacaq. Komanda sentyabrın 30-da Nikosiyada "Qarabağ"ı qəbul edəcək.